İran Milli Bankının Bakı filialı 2025-ci ili 4,412 milyon manat mənfəətlə başa vurub.
Bakıvaxtı.az filialın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 42,8 % azdır.
Ötən il İran bankının gəlirləri 5,935 milyon manat (əvvəlki ilə nisbətən 18 % çox), xərcləri 2,077 milyon manat (12,3 % az), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 1,478 milyon manat (77,7 % az), mənfəət vergisi ödəmələri isə 924 min manat (41,1 % az) təşkil edib.
Bu il yanvarın 1-nə İran bankının aktivləri 120,291 milyon manat olub ki, bu da illik müqayisədə 1 % çoxdur. Bunun 2,309 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bakı filialının kredit portfeli 54,3 % böyüyüb.
Hesabat dövründə İran bankının öhdəlikləri 4,6 % azalaraq 66,938 milyon manat, o cümlədən depozit portfeli 4,2 % artaraq 37,101 milyon manat, balans kapitalı isə 9 % artaraq 53,353 milyon manat olub.
Xatırladaq ki, İran Milli Bankının Bakı filialı 1993-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 73,611 milyon manatdır.
Bakı 




