• Bakı C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.9778

    RUB - 2.1676

Bu ölkə öz ərazisindən İrana hücum üçün istifadəyə icazə verməyəcək

DÜNYA

15 Yanvar 2026 | 21:27

Bu ölkə öz ərazisindən İrana hücum üçün istifadəyə icazə verməyəcək

Səudiyyə Ərəbistanı hakimiyyət orqanları İran tərəfinə təminat verib ki, İslam Respublikasına qarşı mümkün zərbələr üçün öz hava məkanının və ərazisinin istifadəsinə icazə verməyəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Agence France-Presse" mənbələrə istinadən məlumat yayıb.

Agentliyin Səudiyyə Ərəbistanının ordusu və hökumətinə yaxın mənbələrə istinadən verdiyi məlumata görə, Ər-Riyad Tehrana birbaşa bildirib ki, ona qarşı hər hansı hərbi əməliyyatda iştirak etməyəcək və bu məqsədlər üçün nə ərazisi, nə də hava məkanı istifadə olunmayacaq.


SON XƏBƏRLƏR