• Bakı C

    0.59 m/s

  • USD - 1.7

    EUR - 1.9778

    RUB - 2.1676

17 yaşlı Kamalın ölümünə görə cinayət işi açıldı

HADİSƏ

15 Yanvar 2026 | 15:40

17 yaşlı Kamalın ölümünə görə cinayət işi açıldı

“Baku City Karting”​ əyləncə mərkəzində bu il yanvarın 1-də yenitmənin ölümü ilə nəticələnən hadisə barədə cinayət işi başlanılıb.

Bakıvaxtı.az “Report”a istinadən xəbər verir ki, faktla bağlı Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib. İş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, bu il yanvarın 1-də Əhəd Yaqubov küçəsi 15-də yerləşən “Baku City Karting” əyləncə mərkəzində paytaxt sakinləri - 2008-ci il təvəllüdlü Kamal Anar oğlu Səfərlinin və 2009-cu il təvəllüdlü Fatimə Bəhlulzadənin idarə etdiyi kartinq maşınları toqquşub.

K.Səfərli aldığı xəsarətlərdən hadisə yerində ölüb.


SON XƏBƏRLƏR