• Bakı C

    3.09 m/s

  • USD - 1.7

    EUR - 1.9778

    RUB - 2.1676

Bu rayonlarda səyyar tibbi müayinələr təşkil edilib

CƏMİYYƏT

15 Yanvar 2026 | 16:49

Bu rayonlarda səyyar tibbi müayinələr təşkil edilib

Astara, Tərtər, Ağdaş və Goranboy rayonlarında sakinlər üçün səyyar tibbi müayinələr təşkil olunub.

Bu barədə Bakıvaxtı.az-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, Astara Rayon Mərkəzi Xəstəxanasının həkim heyəti Kijəbə kəndində, Tərtər Rayon Mərkəzi Xəstəxanasının həkimləri Seydimli kəndində, Ağdaş Rayon Mərkəzi Xəstəxanasının həkimləri Orta Ləki kəndində, Goranboy Rayon Mərkəzi Xəstəxanasının həkim heyəti isə Baxçakürd kəndində əhaliyə tibbi xidmət göstərib.

Rayon mərkəzi xəstəxanalarının müxtəlif ixtisaslı həkimləri (həkim-terapevt, həkim-pediatr, həkim-mama-ginekoloq, şüa diaqnostikası üzrə həkim və d.) tərəfindən icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində ümumilikdə 230-dan çox sakinə (uşaqlar da daxil olmaqla) 360-dan çox tibbi xidmət göstərilib.

Müayinələr zamanı ixtisaslı tibbi xidmətlərə ehtiyacı yaranan sakinlərin aidiyyəti tibb müəssisələrinə yönləndirilməsi təmin edilib.


SON XƏBƏRLƏR