Fevralın 4-ü Ağcabədi rayonunun Aşağı Avşar kəndində 19 bışaq xəsarəti yetirilən 2019-cu il təvəllüdlü Sübhan Bəşirov xəstəxanadan evə buraxılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Oxu.az-a azyaşlının atası Rəşad Bəşirov bildirib.
O qeyd edib ki, bu gün səhər saatlarında uşaq Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında təkrar tibbi müayinədən keçirilib və o, ambulator müalicə üçün evə buraxılıb: “Vəziyyəti normallaşır, yavaş-yavaş yeriyir. Həkimlər deyir ki, həyatı təhlükəsi yoxdur, vəziyyəti yaxşıdır. Ona görə də məsləhət gördülər ki, müalicəsi ev şəraitində davam etdirilsin”.
Bakı 




