"İran hakimiyyəti etirazçıları asmaqla edam etməyi planlaşdırmır və belə bir variant nəzərdən keçirilmir".
Bakıvaxtı.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
O, "Fox News"a verdiyi müsahibədə müvafiq suala cavab olaraq deyib: "Asma ilə bağlı heç bir sual yoxdur. Bu, ABŞ prezidentinin İran hakimiyyətini təqsirləndirmək üçün başladılan və fəlakətli nəticələrə səbəb ola biləcək dezinformasiya kampaniyasının elementlərindən biridir".
Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, hazırda İranda "nümayişlər və ya etirazlar yoxdur" və ölkədə sakitlik bərqərar olub.
Əli Hüseynov
Bakı 




