Rusiya fevralın 14-ə kecən gecə Ukraynaya "İskəndər-M" ballistik raketi və müxtəlif istiqamətlər üzrə 112 zərbə dronu ilə hücum edib.
Bu barədə Bakıvaxtı.az-a Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin Telegram sosial şəbəkəsindəki məlumatına istinadən xəbər verir.
Hərbçilərin məlumatına görə, hücum fevralın 13-ü saat 18:30-dan fevralın 14-ü səhərədək Rusiya tərəfindən həyata keçirilib.
Qeyd olunur ki, buraxılan dronların təxminən 70-i "Şahed"lərdir.
"Hava hücumu aviasiya, zenit-raket qoşunları, Radioelektron Mübarizə (REM) və pilotsuz sistemlər bölmələri, Ukrayna Müdafiə Qüvvələrinin mobil atəş qrupları tərəfindən dəf edilib", - məlumatda deyilir.
İlkin məlumatlara görə, şənbə günü saat 08:30-a olan vəziyyətə əsasən, hava hücumundan müdafiə vasitələri ilə "Shahed", "Gerbera", "İtalmas" və digər tipli 91 Rusiyaya məxsus dronu zərərsizləşdirilib.
Bakı 




