• Bakı C

    0.59 m/s

  • USD - 1.7

    EUR - 1.9778

    RUB - 2.1676

Binəqdədidəki yanğında 30 nəfər təxliyyə edilib - YENİLƏNİB - VİDEO

HADİSƏ

15 Yanvar 2026 | 16:15

Binəqdədidəki yanğında 30 nəfər təxliyyə edilib - YENİLƏNİB - VİDEO

Bakının Binəqdədi rayonunda binada baş verən yanğında 30 nəfər təxliyyə edilib, 3 nəfər xilas olunub.

Bakıvaxtı.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Qərərargah rəisi İlqar Nəsibov deyib.

O bildirib ki, Bakı şəhəri, Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsində yerləşən binada yanğın baş verməsi ilə əlaqədar əraziyə FHN-in qüvvələri cəlb olunub:

"Slavyan Universitetinin məcburi köçkünlərinin yaşadığı yataqxananın eyvanında yanar konstruksiyalar yanıb, 30 nəfər təxliyyə olunub, 3 nəfər xilas edilib, xəsarət alan yoxdur".

***

16:01

Binəqədi rayonunda binada baş verən yanğın söndürülüb, xəsarət alan olmayıb.

Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirlik qüvvələri tərəfindən görülmüş operativ tədbirlər sayəsində Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsində yerləşən binada baş vermiş yanğın qısa müddətdə söndürülüb.

FHN qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.

Yanğın nəticəsində, ilkin məlumata əsasən, xəsarət alan olmayıb.

***

15:51

Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsində yerləşən binaların birində baş vermiş yanğınla bağlı polis əməkdaşları dərhal əraziyə cəlb olunublar.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hadisə yerində vətəndaşların təhlükəsiz şəkildə təxliyə olunması, ərazinin nəzarətə götürülməsi, həmçinin yanğınsöndürmə-qurtarma qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri operativ tədbirlər görülür.

***

15:16

Bakının Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsində yerləşən binada yanğın başlayıb.

Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətlərinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

 


SON XƏBƏRLƏR