İstanbul–Barselona istiqamətində uçan Türk Hava Yollarına(THY) məxsus TK1853 reysi təcili eniş edib.
Bakıvaxtı.az xəbər verir ki, məlumata görə, buna səbəb sərnişinlərdən birinin bomba təhlükəsi ilə bağlı məlumat verməsi olub.
THY-nin məlumatına görə, hadisə Barselonaya yaxınlaşma zamanı aşkarlanıb və dərhal təhlükəsizlik prosedurları işə salınıb.
Məlumata görə, təyyarə təhlükəsiz şəkildə eniş etdikdən sonra yerli qurumlar tərəfindən genişmiqyaslı yoxlamalar aparılır.
Şirkət bildirib ki, proses beynəlxalq təhlükəsizlik qaydalarına uyğun şəkildə həyata keçirilir.
Əli Hüseynov
Bakı 




