15.01.2025-ci il tarixində saat 03:00 radələrində 1991-ci il təvəllüdlü şəxs (kişi) ağır vəziyyətdə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, dəm qazının toksiki təsiri diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, saat 03:30 radələrində onun ölüm faktı qeydə alınıb.
***
10:41
Gəncədə 35 yaşlı kişi dəm qazından zəhərlənib.
Bakıvaxtı.az-ın məlumatına görə, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb. Belə ki, Daşkəsən rayon sakini 1991-ci il təvəllüdlü M.Ələsgərov qəsəbədə yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.
Zəhərlənən şəxs yaxınları tərəfindən dərhal xəstəxanaya yerləşdirilib. Həkimlərin tibbi yardımlarına baxmayaraq 35 yaşlı kişinin həyatını xilas etmək mümkün olmayıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.
Mərhumun meyti müayinə olunmaq üçün aidiyyatı üzrə təhvil verilib.
Fakt araşdırılır.
Bakı 




