• Bakı C

    3.15 m/s

  • USD - 1.7

    EUR - 1.9795

    RUB - 2.1559

2026-cı ildə sosial sahə üzrə xərclər 10 faiz artırılıb

İQTİSADİYYAT

15 Yanvar 2026 | 12:30

2026-cı ildə sosial sahə üzrə xərclər 10 faiz artırılıb

Bu fərqlər 2026-cı ildə sosial-iqtisadi inkişafın təmin olunmasına və gələcək dövrdə dayanıqlı maliyyə əsaslarının formalaşdırılmasına xidmət edir. 2026-cı il üzrə təsdiq edilmiş göstəricilər ötən illə müqayisədə əhəmiyyətli artımlarla xarakterizə olunur.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Dövlət Sosial Müdafiə Fondunun sədri Zəka Mirzəyev 2025-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

Belə ki, 2026-cı ildə Fondun ümumi xərcləri 8 milyard 483,1 milyon manat təşkil edir ki, bu da büdcə göstəriciləri ilə müqayisədə 806,1 milyon manat və ya 10 faiz artım deməkdir. Xərclərin artımı sosial öhdəliklərin genişləndirilməsi və mövcud sosial proqramların maliyyə dayanıqlığının gücləndirilməsi ilə izah olunur.

“Eyni zamanda, büdcə gəlirlərində də artım proqnozlaşdırılıb. 2026-cı il üçün gəlirlərin həcmi 8 milyard 320 milyon manat səviyyəsində müəyyən edilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 9 faiz çoxdur və qanunla təsdiq olunub”, – deyə Z.Mirzəyev qeyd edib.

Qeyd olunub ki, 2026-cı ilin büdcəsi əvvəlki illərlə müqayisədə fərqli xüsusiyyətlərə malikdir və sosial sahədə prioritetlərin maliyyə baxımından daha dolğun təmin edilməsinə yönəlib. Təsdiq edilmiş qanun layihəsi bu istiqamətdə həyata keçiriləcək tədbirlərin hüquqi əsasını formalaşdırır.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

14 Yanvar 2026