• Bakı C

    5.55 m/s

  • USD - 1.7

    EUR - 1.9795

    RUB - 2.1559

10 fransızdan 1-i xəbəri "ChatGPT"dən alır

DÜNYA

15 Yanvar 2026 | 09:56

10 fransızdan 1-i xəbəri ChatGPTdən alır

Fransız oxucular arasında paradoks hər ötən gün güclənir.

Bakıvaxtı.az "LeFigaro.fr"ə istinadən xəbər verir ki, bir tərəfdən fransızlar xəbərlərə həmişəki kimi həvəslə yanaşırlar, digər yandan tez-tez bütün kanallar vasitəsilə onlara zorla tətbiq edilən məlumat bolluğundan sarsılırlar.

"La Croix-Verian-La Poste Barometer" jurnalının 39-cu sayında qeyd edilir ki, fransızların 71%-i xəbərləri maraqla izləyir, 47%-i isə oxuduqdan sonra yorğunluq hissi keçirir və ya xəbər oxumaqdan imtina edir.

Ümumilikdə, 1500 nəfərin iştirak etdiyi bu onlayn sorğu göstərib ki, respondentlərin 28%-i süni intellekt çatbotlarının xəbərləri izləmək üçün etibarlı olduğuna inanır. Bu da o deməkdir ki, hər on fransızdan biri xəbərləri “ChatGPT” vasitəsilə oxuyur.

Aydın Baxış


SON XƏBƏRLƏR

14 Yanvar 2026