Parisdə Zəfər Tağı yaxınlığında baş verən insident zamanı bir kişi güllə yarası alıb. O, Naməlum əsgərin məzarı üzərində alovun yenilənməsi mərasimi zamanı xidmət aparan jandarmalara bıçaqla hücum edib. Bu barədə Fransanın daxili işlər naziri Laurent Nunez məlumat verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə yerli vaxtla saat 18:00 radələrində qeydə alınıb. Mərasim üçün ərazidə növbə çəkən jandarmalara bıçaqla hücuma keçən şəxsə qarşı dərhal cavab atəşi açılıb. Güllə yarası alan şəxs yolun hərəkət hissəsinə yıxılıb. Nazir bildirib ki, onun vəziyyəti “çox ağırdır”.
Hadisədən dərhal sonra prokurorluq faktı icraata götürüb.
Məlumata görə, jandarmlara hücum edən 47 yaşlı şəxs 2012-ci ildə Belçikada iki polis əməkdaşına bıçaqla hücum etdiyinə görə məhkum olunmuşdu.
Hadisə ilə bağlı genişmiqyaslı istintaq aparılır. Təhlükəsizlik qüvvələri ərazidə nəzarəti gücləndirib.
***
13.02.2026, 23:53
Fransanın paytaxtı Parisin mərkızində, Zəfər Tağının yaxınlığında bıçaqla silahlanmış naməlum şəxs hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücum. Nəticədə jandarmlardan biri xidməti silahından atəş açmalı olub və həmin şəxsi yaralayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Le Figaro" polisdəki mənbəyə istinadən məlumat yayıb.
Qəzetin məlumatına görə, yaralı şəxs saxlanılıb və xəstəxanaya aparılıb. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildiriblər.
Bakı 




