• Bakı 12° C

    11.9 m/s

  • USD - 1.7

    EUR - 2.0167

    RUB - 2.2015

Merts: Almaniya artıq Avropada hegemonluğa can atmır

DÜNYA

14 Fevral 2026 | 01:00

Merts: Almaniya artıq Avropada hegemonluğa can atmır

Almaniya Kansleri Fridrix Merts bildirib ki, ölkəsi müdafiə potensialının gücləndirilməsi üzrə səylərə baxmayaraq, artıq Avropada hegemonluğa can atmır.

Bakıvaxtı.az xəbər verir ki, F.Merts bunu Münhen Təhlükəsizlik Konfransında bəyan edib.

"Mən tez-tez demişəm ki, biz ən qısa zamanda Bundesveri Avropanın ən güclü ordusuna çevirəcəyik", - o deyib.

Eyni zamanda Merts qeyd edib ki, Almaniya üçün Avropada böyük dövlət siyasəti variant deyil. "Tərəfdaşlıq liderliyi - bəli, hegemonluq xəyalları - xeyr. Biz almanlar bir daha heç vaxt tək hərəkət etməyəcəyik. Bu, tarxin dəyişməz dərsidir", - o vurğulayıb.


SON XƏBƏRLƏR

13 Fevral 2026