• Bakı 21° C

    2.25 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Danimarka və ABŞ işçi qrupu yaradır

DÜNYA

15 Yanvar 2026 | 00:05 | Müəllif: Subhan Mahmudov

Danimarka və ABŞ işçi qrupu yaradır

Danimarka və Qrenlandiyanın xarici işlər nazirləri Lars Lokke Rasmussen və Vivian Motsfeldt ABŞ-ın vitse-prezidenti Cey Di Vens və dövlət katibi Marko Rubio ilə Vaşinqtonda keçirilən görüşün yekunlarına dair mətbuat konfransı keçiriblər. Danışıqlara ABŞ-ın Qrenlandiya və Arktikada təhlükəsizliklə bağlı səsləndirdiyi bəyanatlardan sonra təşəbbüs edilib.

Bakıvaxtı.az xəbər verir ki, Danimarka tərəfi 1951-ci il sazişinə əsasən ABŞ-ın artıq Qrenlandiyada hərbi mövcudluq hüququna malik olduğunu vurğulayıb. Bununla yanaşı, adanın gələcəyi ilə bağlı tərəflərin mövqelərinin prinsipial şəkildə fərqli olduğu bildirilib.

Mövcud fikir ayrılıqlarına baxmayaraq, tərəflər dialoqu davam etdirmək və vəziyyətin daha ətraflı müzakirəsi üçün işçi qrupunun yaradılması barədə razılığa gəliblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Sentyabr 2026