• Bakı 10° C

    8.21 m/s

  • USD - 1.7

    EUR - 2.0167

    RUB - 2.2015

Türkiyədə silahlı şəxs müəllimə hücum etdi

DÜNYA

13 Fevral 2026 | 21:08

Türkiyədə silahlı şəxs müəllimə hücum etdi

Türkiyənin Bursa vilayətində qadın müəllim dərsdən çıxarkən silahlı hücuma məruz qalıb.

Bakıvaxtı.az İHA-ya istinadən xəbər verir ki, yaralanan pedaqoq dərhal xəstəxanaya yerləşdirilib.

Məlumatlara görə, özəl məktəblərin birində müəllim işləyən Gizem N. dərslər bitdikdən sonra binadan çıxarkən keçmiş nişanlısı olduğu irəli sürülən şəxs tərəfindən silahlı hücuma məruz qalıb.

Qeyd olunub ki, şübhəli şəxs yanında gətirdiyi tapança ilə gənc qadına atəş açıb və dərhal hadisə yerindən qaçaraq izini itirməyə çalışıb.

Hadisə yerindən qaçan şübhəlinin saxlanılması istiqamətində əməliyyat tədbirləri keçirilir.


SON XƏBƏRLƏR