• Bakı 11° C

    8.21 m/s

  • USD - 1.7

    EUR - 2.0167

    RUB - 2.2015

Zelenski Rza Pəhləvi ilə görüşdü - VİDEO

DÜNYA

13 Fevral 2026 | 21:22

Zelenski Rza Pəhləvi ilə görüşdü - VİDEO

Ukrayna Prezidenti Vladimir Zelenski 62-ci Təhlükəsizlik Konfransının keçirildiyi Münhendə sonuncu İran şahının böyük oğlu Rza Pəhləvi ilə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə V.Zelenski öz Teleqram kanalında paylaşım edib.

"Ukrayna öz gələcəyi uğrunda mübarizədə İran xalqını dəstəkləyir və İran rejiminin bütün qurbanlarına başsağlığı verir", - o yazıb və əlavə edib ki, İrana qarşı sanksiyaların gücləndirilməsini vacib hesab edir.

"Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyi üçün İran şahzadəsinə təşəkkür edirəm. İnsan həyatını qorumaq üçün maksimum səylər göstərmək vacibdir. Ukrayna öz tərəfindən kömək etməyə hazırdır", - Zelenski qeyd edib.

 

 


SON XƏBƏRLƏR