"Hörmüz boğazının blokadası müvəqqəti narahatlıqdır".
Bakıvaxtı.az-ın «LeMonde.fr»ə istinadən xəbərinə görə, ABŞ-ın enerji naziri Kris Rayt bu gün "ABC News"un "This Week verilişinə müsahibəsində bildirib ki, fevralın 28-də İrana qarşı başlanan hərbi əməliyyat uzunmüddətli riskləri azaltmaq məqsədi daşıyır:
"Düzdür, biz qısamüddətli pozuntular dövründən keçirik, amma bunu nüvə silahına malik İrana sahib olmaqdansa, indi etmək daha məqsədəuyğundur. Bu, Yaxın Şərqin artıq İran kimi bir dövlət tərəfindən girov götürülə bilməyəcəyi anlamına gəlir və müvəqqəti narahatlıqdan ibarətdir".
K. Rayt münaqişənin yaxın həftələrdə sona çatacağına da əminliyini ifadə edib:
"Daha tez də ola bilər, amma münaqişə yaxın həftələrdə başa çatacaq və biz karbohidrogen tədarükünün bərpası və qiymətlərin azalmasını müşahidə edəcəyik".
Aydın Baxış
Bakı 




