• Bakı C

    5.99 m/s

  • USD - 1.7

    EUR - 1.9556

    RUB - 2.1356

Zərdabdan Bakıya narkotik gətirdi - Saxlanıldı

HADİSƏ

15 Mart 2026 | 10:59

Zərdabdan Bakıya narkotik gətirdi - Saxlanıldı

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsinə şübhəli bilinən 65 yaşlı Elçin Əliyev saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, həmin şəxsdən 8 kiloqram mariuxana, tiryək, metamfetamin və psixotrop tərkibli həblər aşkarlanıb.

Araşdırma zamanı E.Əliyevin narkotikləri Bakı şəhərinə apardığı müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.


SON XƏBƏRLƏR

14 Mart 2026