• Bakı 10° C

    6 m/s

  • USD - 1.7

    EUR - 1.9556

    RUB - 2.1356

Əfqanıstan Pakistana hücum etdi

DÜNYA

15 Mart 2026 | 10:15

Əfqanıstan Pakistana hücum etdi

Əfqanıstan hakimiyyəti Pakistan ərazisinə pilotsuz təyyarələrlə zərbələr endirməklə qırmızı xətti keçib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Pakistan Prezidenti Asif Əli Zərdari bildirib.

Açıqlamada deyilir: "Pakistanda mülki əhaliyə qarşı pilotsuz təyyarələrin hücumlarını qətiyyətlə pisləyərək, Talibanının qırmızı xətti keçdiyini bəyan edirik".

Cümə günü Əfqanıstan Müdafiə Nazirliyi Pakistanın Xayber Paxtunxva əyalətində, eləcə də İslamabadda hərbi hədəflərə zərbələr endirildiyini bildirib. Pakistan ordusunun mətbuat xidmətinin məlumatına görə, bütün dronlar vurulub və hədəflərinə çata bilməyib. Nazirlik bildirib ki, dronların qalıqlarının düşməsi nəticəsində dörd mülki şəxs yaralanıb.


SON XƏBƏRLƏR

14 Mart 2026