İranın hüquq-mühafizə orqanları ölkənin şimal-qərbində yerləşən Qərbi Azərbaycan əyalətinin paytaxtı Urmiya şəhərində 20 nəfəri casusluq və İsrail kəşfiyyat xidmətləri ilə əməkdaşlıq şübhəsi ilə saxlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Tasnim" xəbər agentliyi məlumat yayıb.
Əyalət prokuroru təhlükəsizlik qüvvələrinin İsraillə əlaqəli bir neçə muzdlu şəbəkəni müəyyən edib dağıtdığını bildirib.
Agentlik rəsminin sözlərinə istinadən bildirib: "Bu şəxslər sionist düşmənlə əməkdaşlıq ediblər, o cümlədən onlara hərbi, polis və digər təhlükəsizlik obyektlərinin yerləri barədə məlumat veriblər".
20 şübhəlinin hamısı müvafiq məhkəmə qərarları ilə həbs edilib. İstintaq davam edir.
Bakı 




