• Bakı C

    3.22 m/s

  • USD - 1.7

    EUR - 1.9556

    RUB - 2.1356

Azərbaycan XİN: İslamın yanlış təqdim edilməsi və ya damğalanması qəbuledilməzdir

SİYASƏT

15 Mart 2026 | 18:15

Azərbaycan XİN: İslamın yanlış təqdim edilməsi və ya damğalanması qəbuledilməzdir

İslamofobiya, insanların inancına görə onlara qarşı yönəlmiş ayrı-seçkilik və nifrət insan ləyaqətinin, bərabərliyin və qarşılıqlı anlaşmanın ən əsas prinsiplərini sarsıdır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü ilə bağlı "X" sosial şəbəkə hesabında edilən paylaşımda qeyd olunub.

Bildirilib ki, sözügedən qərəzin cəmiyyətlərimizdə yeri yoxdur.

"İslamofobiyaya qarşı Beynəlxalq Mübarizə Günündə biz mədəniyyətlər və dinlər arasında hörmət, tolerantlıq və dinc yanaşı yaşamağa dair qəti sadiqliyimizi bir daha təsdiq edirik", - xarici siytasət idarəsinin paylaşımında vurğulanıb.

"İslam sülh, mərhəmət, ədalət və həmrəylik dəyərlərinə əsaslanır. İslamın yanlış təqdim edilməsi və ya damğalanması qəbuledilməzdir.

Dözümsüzlüyün bütün formalarına qarşı mübarizə inklüziv, dinc və dayanıqlı cəmiyyətlərin qurulması üçün zəruri olaraq qalır", - XİN-dən qeyd edilib.


SON XƏBƏRLƏR

14 Mart 2026