• Bakı 7° C

    4.79 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Səudiyyə səmasında 10 dron zərərsizləşdirilib

DÜNYA

15 Mart 2026 | 11:15

Səudiyyə səmasında 10 dron zərərsizləşdirilib

Səudiyyə Ərəbistanı hava hücumundan müdafiə sistemləri paytaxt Ər-Riyad və ölkənin şərq bölgələri ətrafında 10 ədəd pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib.

Bakıvaxtı.az xəbər verir ki, hücumdan qısa müddət sonra İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyanat yayaraq baş verənlərlə hər hansı əlaqəsinin olmadığını bildirib. SEPAH-ın rəsmi açıqlamasında deyilir:

"Bu hücumun İran İslam Respublikası ilə heç bir əlaqəsi yoxdur. Səudiyyə hökuməti hücumların mənşəyini başqa yerdə axtarmalıdır".

Qeyd edək ki, regionda davam edən hərbi gərginlik fonunda Səudiyyə Ərəbistanının hava məkanı tez-tez müxtəlif istiqamətlərdən gələn dron və raket təhdidləri ilə üzləşir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026