• Bakı C

    5.99 m/s

  • USD - 1.7

    EUR - 1.9556

    RUB - 2.1356

"Ankara müxtəlif təxribatlarla üzləşə bilər, lakin..." - Hakan Fidan

DÜNYA

15 Mart 2026 | 11:48

Ankara müxtəlif təxribatlarla üzləşə bilər, lakin... - Hakan Fidan

Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkəsinin mövcud regional gərginlik fonunda əsas prioritetinin münaqişədən kənarda qalmaq olduğunu bildirib.

Bakıvaxtı.az xəbər verir ki, nazirin sözlərinə görə, Ankara müxtəlif təxribatlarla üzləşə bilər, lakin buna baxmayaraq Türkiyənin strateji məqsədi müharibənin tərəfi olmamaqdır.

Ankaranın əsas məqsədi münaqişədən kənarda qalmaqdır. Təxribatlara məruz qalacağımızı və bunun davam edəcəyini bilirəm, lakin məqsədimiz budur. Biz bu müharibənin kənarında qalmaq istəyirik”, - Hakan Fidan qeyd edib.

Nazir vurğulayıb ki, Türkiyə regionda sabitliyin qorunmasını və gərginliyin daha da artmamasını prioritet hesab edir.


SON XƏBƏRLƏR

14 Mart 2026