• Bakı 10° C

    6 m/s

  • USD - 1.7

    EUR - 1.9556

    RUB - 2.1356

İranın tanınmış din xadimi Kanadaya qaçdı - FOTO

DÜNYA

15 Mart 2026 | 09:29

İranın tanınmış din xadimi Kanadaya qaçdı - FOTO

İranın tanınmış din xadimlərindən biri olan Hüccətülislam Morteza Tayebi Kanadaya qaçıb.

Bakıvaxtı.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatlara görə, şiə ruhani iyerarxiyasında ayətullahdan aşağı sayılan hüccətülislam dini titulunu daşıyan Morteza Tayebi ailəsi ilə birlikdə Kanadanın Toronto şəhərində yerləşən Pearson beynəlxalq hava limanında görüntülənib.

Paylaşılan məlumatlarda qeyd olunur ki, Tayebi yaxın vaxtlarda Kanada vətəndaşlığı alıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə onun ailə üzvləri ilə birlikdə hava limanında olduğu iddia edilir./Modern.az


SON XƏBƏRLƏR

14 Mart 2026