• Bakı C

    5.99 m/s

  • USD - 1.7

    EUR - 1.9556

    RUB - 2.1356

Ağcabədidə qəza - Xəsarət alanlar var

HADİSƏ

15 Mart 2026 | 10:33

Ağcabədidə qəza - Xəsarət alanlar var

Ağcabədidə baş verən qəza zamanı 4 nəfər xəsarət alıb.

Bakıvaxtı.az-ın Teleqraf-a istinadən məlumatına görə, qəza hadisəsi rayonun Rəncbərlər kəndi ərazisində baş verib.

Belə ki, Mehralızadə Saya Vüsal oğlunun idarə etdiyi "Chevrolet" markalı 77 EH 053 dövlət nömrəli avtomobil İsmayılov Rövşən Sərdar oğluna məxsus "VAZ"2106 markalı avtomobillə toqquşub. Zərbənin təsirindən "VAZ" markalı avtomobil yol kənarındakı dərəyə aşıb. Nəticədə "VAZ"ın sürücüsü R.İsmayılov onun sərnişini Məmmədov Eldəniz Əbülfət oglu və "Chevrolet"-in sürücüsü S.Mehralızadə sərnişini 1996-cı il təvəllüdlü Mehralıyeva Gülüm İxtiyar qızı müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR

14 Mart 2026