• Bakı 25° C

    4.02 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Zaqatalada ev yandı

HADİSƏ

15 Mart 2026 | 09:18

Zaqatalada ev yandı

Zaqatalada fərdi yaşayış evində yanğın hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Qımır kəndində, kənd sakini 1989-cu il təvəllüdlü Mazanov Xoşbəxt Etibar oğluna məxsus yaşayış evində qeydə alınıb.

Hadisə yerinə Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb olunublar.

Yanğın zamanı ümumi sahəsi 450 kvadratmetr olan 2 mərtəbəli yaşayış evinin dam örtüyünün 225 kvadratmetr hissəsi yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hadisə nəticəsində xəsarət alan olmayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026
05 Sentyabr 2026