Ystad Rayon Məhkəməsi İsveçin cənub sahillərində saxlanılan "Sea Owl I" tankerinin kapitanı haqqında həbs qətimkan tədbiri seçib.
Bakıvaxtı.az xəbər verir ki, Rusiya vətəndaşı olan kapitan saxta sənədlərdən istifadə etməkdə şübhəli bilinir.
Rayon məhkəməsi onun həbsi üçün kifayət qədər əsas olduğuna qərar verib.
Qeyd edək ki, martın 12-də İsveç Sahil Mühafizəsi texniki vəziyyəti və ətraf mühitin təhlükəsizliyi tələbləri ilə bağlı narahatlıqlar səbəbindən İsveçin ərazi sularından keçən və Rusiyaya gedən "Sea Owl I" tankerini saxladığını açıqlayıb. Komor adalarının bayrağı altında üzən tankerin istismarı qadağan edilib. Rusiyanın Stokholmdakı səfiri Sergey Belyayevin TASS-a verdiyi məlumata görə, gəmidə olan 10 dənizçinin Rusiya pasportu var.
Bakı 




