• Bakı 10° C

    6.43 m/s

  • USD - 1.7

    EUR - 1.9556

    RUB - 2.1356

Xırdalanda QAZ BÖHRANI: Gənclər şəhərciyinin sakinləri kömək istəyir 

CƏMİYYƏT

15 Mart 2026 | 08:43

Xırdalanda QAZ BÖHRANI: Gənclər şəhərciyinin sakinləri kömək istəyir 

Xirdalan şəhəri "Abşeron Gənclər Şəhərciyi"ndə qaz kəsilib.

Bu barədə Bakıvaxtı.az-a bir qrup sakin məlumat verib.

Onlar bildiriblər ki, dünən gecədən etibarən şəhərciyə qazın verilişi dayandırılıb və buna dair sakinlərə hər hansı məlumat verilməyib:

"Burada yaşayanların əksəriyyəti gənc ailələrdir. Körpə uşaqlar bu qış günündə taleyin ümidinə buraxılıb. Ən müxtəlif qızdırıcı vasitələrdən istifadə edirik, lakin bunlar kifayət etmir. İsi su belə tapmaq olmur. Qaz 1 və ya 2 saat kəsilər, az qala 12 saatdır, qaz yoxdur. Səbəb isə açıqlanmır".

Sakinlər bildirir ki, aidiyyəti strukturlara müraciət etsələr də, doğru-düzgün cavab ala bilməyiblər: "Müraciət edirik, qeyri-müəyyən cavablar alırıq. Qazın verilişi bərpa olunmasa, ölkə rəhbərliyinə müraciət edəcəyik. İşinə bu şəkildə məsuliyyətsiz yanaşmaq olmaz. Şəhərcikdə həyat iflic olub".

Aydın Baxıs


SON XƏBƏRLƏR

14 Mart 2026