• Bakı C

    5.99 m/s

  • USD - 1.7

    EUR - 1.9556

    RUB - 2.1356

Regionlara qar yağır - FAKTİKİ HAVA

CƏMİYYƏT

15 Mart 2026 | 12:26

Regionlara qar yağır - FAKTİKİ HAVA

Martın 15-i saat 12:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur, dağlıq ərazilərə qar yağır.

Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, qarın hündürlüyü Kəlbəcərdə 8, Laçın və Qubadlıda 6, Şahdağda 5, Şuşada 3, Şəkidə (Kişçay) 1 sm-dir.

Düşən yağıntının miqdarı Mingəçevir, Sədərək və Şərurda 2, Yevlax, Ağdam, Naftalan, Bərdə, Tərtər, Culfa, Ordubad, Naxçıvan, Balakən, Zaqatala, Xankəndi, Xocalı və Füzulidə 1 mm-dir.

Daşkəsən, Gədəbəy, Göygöl, Zaqatala, Qax (Sarıbaş), Şəki (Kişçay), Quba və Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.


SON XƏBƏRLƏR

14 Mart 2026