• Bakı C

    6.01 m/s

  • USD - 1.7

    EUR - 1.9556

    RUB - 2.1356

Moskvada tramvay qəzası - Onlarla insan xəsarət aldı

DÜNYA

15 Mart 2026 | 15:02

Moskvada tramvay qəzası - Onlarla insan xəsarət aldı

Moskvada, Volokolamsk şosesinin köməkçi yolunda iki tramvayın toqquşub.

Bakıvaxtı.az xəbər verir ki, Moskva Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, hadisə nəticəsində 22 nəfər xəsarət alıb ki, onlardan da 5-i azyaşlıdır.

Hadisə zamanı hər iki tramvayda ümumilikdə 70-ə yaxın sərnişin olub.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, yaralılardan 11 nəfərinin vəziyyəti ağır olaraq qiymətləndirilir. Hadisə yerinə dərhal 20 təcili tibbi yardım maşını cəlb olunub.

Rusiya Daxili İşlər Nazirliyinin Moskva üzrə Baş İdarəsinin mətbuat xidmətindən bildirilib ki, ilkin ehtimala görə, qəzaya tramvaylardan birinin texniki nasazlıq səbəbindən relsdən çıxması səbəb olub.

Hadisə ilə bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR

14 Mart 2026