• Bakı C

    6.01 m/s

  • USD - 1.7

    EUR - 1.9556

    RUB - 2.1356

Əraqçi fransalı həmkarı ilə danışdı

DÜNYA

15 Mart 2026 | 14:07

Əraqçi fransalı həmkarı ilə danışdı

İranın xarici işlər naziri Abbas Əraqçi fransalı həmkarı Jan-Noel Barro ilə telefon danışığı aparıb.

Bakıvaxtı.az İran KİV-ə istinadən xəbər verir ki, tərəflər ABŞ və İsrailin İrana qarşı başlatdığı hərbi əməliyyatları və regiondakı cari vəziyyəti müzakirə ediblər.

Əraqçi bildirib ki, regionda və Hörmüz boğazında hökm sürən qeyri-sabitliyin yeganə səbəbi ABŞ və İsrailin apardığı siyasətdir. O, bütün dövlətləri bu vəziyyətə qarşı məsuliyyətli yanaşma nümayiş etdirməyə, İrana qarşı hücumları kəskin şəkildə pisləməyə və gərginliyi artıra biləcək addımlardan çəkinməyə çağırıb.

İranın suverenliyini və milli təhlükəsizliyini qorumaq əzmində olduğunu vurğulayan Əraqçi, Tehranın hərbi addımları ilə bağlı mühüm bir məqama toxunub:

"İranın müdafiə xarakterli tədbirləri müstəsna olaraq təcavüzkarların regiondakı hərbi bazalarına və obyektlərinə yönəlib. Bu, heç bir halda İranın region ölkələrinə hücumu kimi qəbul edilməməlidir".

Telefon danışığı zamanı tərəflər həmçinin bəzi ikitərəfli konsulluq məsələləri ətrafında da fikir mübadiləsi aparıblar.


SON XƏBƏRLƏR

14 Mart 2026