İstanbulun keçmiş bələdiyyə sədri Əkrəm İmamoğlu ilə bağlı “mütəşəkkil cinayətkar dəstə” işi üzrə məhkəmənin 21-ci iclası İstanbulda keçirilib.
Bakıvaxtı.az Türkiyə KİV-ə istinadla xəbər verir ki, iş üzrə ümumilikdə 414 təqsirləndirilən şəxs mühakimə olunur, onlardan 92-si həbsdədir, 5-i isə şikayətçi statusundadır.
İttiham aktına görə, istintaq 2014-cü ildən bəri davam edən genişmiqyaslı təşkilatlanmış cinayət fəaliyyəti iddialarını əhatə edir.
İttihamnamədə müxtəlif maddələr üzrə, o cümlədən rüşvət, dələduzluq və məlumatların qanunsuz istifadəsi kimi cinayətlərə görə yüzlərlə il həbs cəzası tələb olunduğu bildirilir.
CHP nümayəndələri və bəzi müşahidəçilərin də iştirak etdiyi proses hazırda müdafiə prosesi ilə davam edir.
Əli Hüseynov
Bakı 



