• Bakı 10° C

    5.52 m/s

  • USD - 1.7

    EUR - 2.0004

    RUB - 2.232

İspaniya: Çinlə əlaqələrin gücləndirilməsi Avropanın maraqlarına uyğundur

DÜNYA

14 Aprel 2026 | 14:05

İspaniya: Çinlə əlaqələrin gücləndirilməsi Avropanın maraqlarına uyğundur

Avropa ilə Çin, eləcə də İspaniya ilə Çin arasında mövcud ticarət balanssızlığını düzəltmək üçün mümkün olan hər şey edilməlidir. 

Bakıvaxtı.az "Euronews"a istinadən xəbər verir ki, bunu İspaniyanın Baş naziri Pedro Sançes deyib.

Çində səfərdə olan Sançesin sözlərinə görə, Pekinə səfərinin məqsədlərindən biri daha sıx, daha sağlam və daha balanslı iqtisadi münasibətlərə doğru irəliləməkdir. 

Baş nazir səfər zamanı on iqtisadi müqavilə imzalamağı planlaşdırdığını bildirib.

Qeyd edək ki, Sançesin Çinə hazırkı səfəri son dörd ildə dördüncü səfəridir.

Gülşən Şərif
 


SON XƏBƏRLƏR