• Bakı 10° C

    5.52 m/s

  • USD - 1.7

    EUR - 2.0004

    RUB - 2.232

"Hizbullah"ın erməni komandiri məhv edildi

DÜNYA

14 Aprel 2026 | 13:12

Hizbullahın erməni komandiri məhv edildi

“Hizbullah”la əlaqəli informasiya resursları təşkilatın yüksək rütbəli üzvlərindən biri, “Mano Erməni” ləqəbi ilə tanınan Manuel Babikyanın İsrail ordusu ilə döyüşlərdə öldürüldüyünü təsdiqləyib.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, Babikyan təşkilatın veteran döyüşçülərindən biri olub və onun hərbi infrastrukturunun formalaşmasında əsas fiqurlardan sayılıb.

Bildirilib ki, o, Beyrutun Burj Hammud səmtində əməliyyat sektoruna rəhbərlik edib. 

Məlumata görə, təşkilat daxilində yüksək mövqeyə malik olması ona Dahiya bölgəsində yerləşən xüsusi panteonda dəfn olunmaq hüququ verirdi. Lakin sonradan bu qərar dəyişdirilib.

Qeyd olunur ki, zərərsizləşdirilən komandirin meyiti Ermənistana göndərilmək üçün hazırlanır./Modern


SON XƏBƏRLƏR