Alimlər Yer kürəsinin buzlaqlarının həyəcanverici sürətlə kiçildiyini açıqlayıblar.
Bakıvaxtı.az "MIR24"ə istinadən xəbər verir ki, ötən il qlobal buz əriməsi üçün ən pis illərdən biri olub.
Belə ki, illik itkilər 20-ci əsrin sonuna nisbətən dörd dəfə çox olub. Hesablamalara görə, 2025-ci ildə onlar ümumilikdə 408 giqaton buz itiriblər.
Tədqiqat Dünya Buzlaqlarının Monitorinqi Xidməti (WGMS) şəbəkəsi tərəfindən aparılıb. Tədqiqata əsasən, buz itkisi dünyanın 19 əsas buzlaq bölgəsinin hamısında müşahidə olunub.
Ən böyük itkilər Britaniya Kolumbiyasında və Kanadanın Alp dağlarında qeydə alınıb. İslandiya, Çili və yüksək dağlıq Asiyadakı buzlaqlar da əhəmiyyətli dərəcədə əriyib.
Alimlər xəbərdarlıq ediblər ki, buz əriməsinin sürətlənməsi dəniz səviyyələrinə, ekosistemlərə və şirin su mövcudluğuna təsir göstərə bilər.
Gülşən Şərif
Bakı 




