Qvadelupada "Jandarma Zorakılığına Qarşı Birlik" təşkilatı Fransa hüquq-mühafizə orqanlarının iştirakı ilə baş vermiş insident nəticəsində şəxsin öldürülməsini sərt tənqid edib.
Bu barədə Bakıvaxtı.az-a Bakı Təşəbbüs Qrupundan məlumat verilib.
Aprelin 12-də baş verən insident zamanı şəxsə qarşı əvvəlcə öldürücü gücü olmayan elektroşok cihazından istifadə olunub, lakin daha sonra fransız jandarma əməkdaşlarından biri tərəfindən odlu silahdan atəş açılıb. Nəticədə həmin şəxs aldığı xəsarətlərdən həyatını itirib. Silahdan istifadə edən jandarma əməkdaşı saxlanılaraq istintaqa cəlb olunub.
Bəyanatda bildirilib ki, hadisə ilə bağlı tənqid təşkilatın yaydığı bəyanatda yer alıb. Bəyanatda Liber Argelier adlı şəxsin hərbi polis tərəfindən əsassız şəkildə açılan atəş nəticəsində həyatını itirdiyi vurğulanıb və bu hadisə "dövlət zorakılığının növbəti nümunəsi" kimi qiymətləndirilib.
Təşkilat hadisəni əvvəlki oxşar ölüm halları ilə əlaqələndirərək bunun sistematik xarakter daşıdığını iddia edib, eyni zamanda hüquq-mühafizə orqanlarının vəzifələrindən sui-istifadə etdiyini bildirib. Həmçinin hadisənin tam şəkildə araşdırılması, atəşin hansı səbəbdən açıldığının və bunun qanuni olub-olmamasının aydınlaşdırılması tələb olunub.
Nəticə etibarilə, bəyanatda həmçinin ədalətin təmin olunması, təqsirli hesab edilən şəxslərin məsuliyyətə cəlb edilməsi və bu kimi halların qarşısının alınması məqsədilə ictimai fəallığa çağırış yer alıb.
Bakı 




