• Bakı 10° C

    5.52 m/s

  • USD - 1.7

    EUR - 2.0004

    RUB - 2.232

Bloomberg: ABŞ-nin ən böyük iki aviaşirkəti birləşə bilər

DÜNYA

14 Aprel 2026 | 13:50

Bloomberg: ABŞ-nin ən böyük iki aviaşirkəti birləşə bilər

ABŞ-nin dörd ən böyük aviaşirkətindən biri olan "United Airlines" rəqiblərindən biri olan "American Airlines" ilə birləşməyi nəzərdən keçirir. 

Bakıvaxtı.az "Bloomberg"ə istiadən xəbər verir ki, bununla bağlı "United Airlines" şirkətinin baş direktoru Skott Kirbi açıqlama verib.

O, aviaşirkətlərin birləşdirilməsi ideyasını ABŞ administrasiyasının rəsmilərinə təqdim edib, lakin mümkün razılaşma ilə bağlı hər hansı real müzakirələrin aparılıb-aparılmadığı məlum deyil. 

Kirbinin fikrincə, "United Airlines" və "American Airlines" arasında birləşmə dünyanın ən böyük aviaşirkətini yaradacaq.

Qeyd edək ki, hər iki aviaşirkət ABŞ-nin ən böyük dörd daşıyıcısı arasındadır və ABŞ hava səyahətləri bazarının təxminən üçdə birini təşkil edir. İki aviaşirkətin birləşməsi ABŞ Nəqliyyat Nazirliyi və Ədliyyə Nazirliyi tərəfindən nəzərdən keçirilməlidir.

Gülşən Şərif


SON XƏBƏRLƏR