• Bakı 10° C

    5.52 m/s

  • USD - 1.7

    EUR - 2.0004

    RUB - 2.232

Azərbaycan XİN-dən minatəmizləmə işləri ilə bağlı PAYLAŞIM

SİYASƏT

14 Aprel 2026 | 13:52

Azərbaycan XİN-dən minatəmizləmə işləri ilə bağlı PAYLAŞIM

2020-ci ildə Vətən müharibəsindən indiyədək 422 azərbaycanlı minaya düşərək zərər çəkib və ya həyatını itirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, minalar Azərbaycanda həyat almaqda davam edir.

"14 aprel tarixində Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Füzuli rayonunun Aşağı Abdurrəhmanlı kəndində tank əleyhinə minaya düşərək həlak olub. Onun ailəsinə, yaxınlarına və həmkarlarına dərin hüznlə başsağlığı veririk. Bu faciə minaların davam edən insan itkisinə səbəb olduğunu və azad edilmiş əraziləri təhlükəsiz hala gətirmək üçün çalışan insanların hər gün üzləşdiyi təhlükələri bir daha xatırladır".

Nazirlik qeyd edib ki, minatəmizləmə işlərinə daha geniş beynəlxalq dəstəyin göstərilməsinə təcili ehtiyac var.

 


SON XƏBƏRLƏR