• Bakı 12° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Fuad Kərimli Baş katib seçildi

SİYASƏT

14 May 2026 | 12:45 | Müəllif: Subhan Mahmudov

Fuad Kərimli Baş katib seçildi

Qlobal Cənub QHT Platformasında (Global South NGO Platform – GSNP) katiblik Azərbaycana keçib.

Bakıvaxtı.az xəbər verir ki, bu, Platformanın I Baş Assambleyasının toplantısında açıqlanıb.

Bildirilib ki, seçkiyə əsasən, Fuad Kərimli GSNP-nin Baş katibi seçilib. Bununla da Azərbaycan GSNP-nin I Baş Assambleyasında təşkilata 5 il rəhbərlik edəcək. Həmçinin onun Latın Amerikası, Afrika, Asiya və Sakit okean hövzəsi regionlarını əhatə edən bölgələr üzrə 4 müavini seçilib.

Toplantıda dünya əhalisinin 80 %-nin yaşadığı Latın Amerikası, Afrika, Asiya, Sakit okean hövzəsini əhatə edən regionlardan ümumilikdə 110-dan çox ölkədən QHT təmsilçiləri iştirak edir.


Fuad Kərimli Baş katib seçildi
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026