• Bakı 10° C

    5.52 m/s

  • USD - 1.7

    EUR - 2.0004

    RUB - 2.232

Lavrov: Rusiya İran ətrafındakı böhranın həllini dəstəkləməyə hazırdır

SİYASƏT

14 Aprel 2026 | 13:21

Lavrov: Rusiya İran ətrafındakı böhranın həllini dəstəkləməyə hazırdır

Rusiya xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığında Rusiyanın İran ətrafındakı böhranın həllini dəstəkləməyə hazır olduğunu bildirib.

Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Nazirliyin açıqlamasına əsasən,Lavrov silahlı qarşıdurmanın təkrarlanmasının qarşısının alınmasının vacibliyini vurğulayıb. O, Rusiyanın hərbi həlli olmayan böhranın həllinə kömək etməyə hazır olduğunu təsdiqləyib. 

Lavrov həmçinin Rusiyanın bütün sahilyanı dövlətləri əhatə edən və danışıqların gedişatına müsbət təsir göstərə bilən regiondankənar ölkələr tərəfindən dəstəklənən Fars körfəzində təhlükəsizliyin təmin edilməsi konsepsiyasını hazırlamaq təşəbbüsünü xatırladıb.

Gülşən Şərif


SON XƏBƏRLƏR