ABŞ və İran arasında İslamabadda Pakistanın ev sahibliyi etdiyi danışıqlarda heç bir razılıq əldə olunmasa da, müzakirələrdialoqun bərpası istiqamətində müsbət və əhəmiyyətli bir addım oldu.
Bakıvaxtı.az "USA Today"ə istinadən xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterreşin sözçüsü Stefan Dujarrik deyib.
Onun sözlərinə görə, dərin köklü fikir ayrılıqları nəzərə alınarsa, razılığa bir gecədə nail olmaq mümkün deyil:
"Baş katib razılığa gəlmək üçün tərəfləri danışıqların konstruktiv şəkildə davam etdirilməsinə çağırır".
Dujarrik qeyd edib ki, eyni zamanda atəşkəs rejiminə riayət edilməli və bütün pozuntular dayandırılmalıdır.
Gülşən Şərif
Bakı 




