• Bakı 17° C

    3.15 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

Həmin uşaqlardan ikisi xəstəxanadan evə buraxıldı

CƏMİYYƏT

14 Aprel 2026 | 13:49

Həmin uşaqlardan ikisi xəstəxanadan evə buraxıldı

Hacı Zeynalabdin Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən daha iki uşaq ambulator müalicə üçün xəstəxanadan evə buraxılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Report-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, Respublika Pediatriya Mərkəzinin nəzdindəki Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasında müalicəsi davam etdirilən və meninqoensofalit diaqnozu təyin edilən bir nəfərin vəziyyəti isə ağır stabil olaraq qalır.

Qeyd edək ki, aprelin 1-i Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində bir ailənin 6 üzvü dəm qazından zəhərlənib, sonradan, aprelin 3-də 2 yaşlı qız ölüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Oktyabr 2026