ABŞ və İsraillə müharibənin dayandırılması Tehrana təhlükəsizlik zəmanətləri və təzminatın ödənilməsindən asılıdır.
Bakıvaxtı.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi "Əl-Ərəbi Əl-Cədid"ə müsahibəsində deyib.
Onun sözlərinə görə, ABŞ və İsrail ilə münaqişəyə son qoymaq üçün hələlik konkret təşəbbüslər yoxdur.
İranın XİN rəhbəri bildirib ki, ölkəsi heç bir mülki və yaşayış məntəqəsini hədəf almayıb. "Əgər bizim enerji infrastrukturlarımız hədəfə alınarsa, regiondakı ABŞ şirkətlərinin obyektlərinə hücum edəcəyik".
Bakı 




