• Bakı 10° C

    6.43 m/s

  • USD - 1.7

    EUR - 1.9556

    RUB - 2.1356

Goranboyda FACİƏ: avtomobil piyadanı öldürdü - YENİLƏNİB

HADİSƏ

15 Mart 2026 | 09:45

Goranboyda FACİƏ: avtomobil piyadanı öldürdü - YENİLƏNİB

Goranboyda minik avtomobilinin vuraraq öldürdüyü piyadanın kimliyi məlum olub.

Bakıvaxtı.az-ın məlumatına görə, ölən şəxs Goranboy rayonunun Zeyvə kənd sakini 1990-cı il təvəllüdlü T.Quliyevdir.

    Məlumata görə Kəlbəcər rayon sakini 1970-ci il təvəllüdlü İ.Huseynov idarə etdiyi “Mercedes” markalı minik zvtomobili ilə hərəkətdə olan zaman Zeyvə kənd sakini 1990-cı il təvəllüdlü T.Quliyevi vurub .

    Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.

    ***

    09:15

    Goranboy rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Bakıvaxtı.az-ın məlumatına görə, hadisə Goranboy–Ağcakənd avtomobil yolunda qeydə alınıb. Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən orta yaşlı kişini vurub.

    Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib. Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir.

    Meyit müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

    Faktla bağlı araşdırma aparılır.


    SON XƏBƏRLƏR

    14 Mart 2026