• Bakı C

    4.46 m/s

  • USD - 1.7

    EUR - 1.9556

    RUB - 2.1356

Sosial Xidmətlər Agentliyi həmin körpəyə görə HƏRƏKƏTƏ KEÇDİ

CƏMİYYƏT

15 Mart 2026 | 17:03

Sosial Xidmətlər Agentliyi həmin körpəyə görə HƏRƏKƏTƏ KEÇDİ

Tovuz rayonunda anası tərəfindən atıldığı bildirilən uşaqla bağlı məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb olunublar.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq agentlikdən bildirilib.

Vurğulanıb ki, aidiyyəti qurumlarla koordinasiyalı şəkildə müvafiq səhiyyə müəssisəsinə yerləşdirilən körpənin mövcud vəziyyəti qiymətləndirilib:

"Uşağın müayinə və qiymətləndirmə prosedurları bitdikdən sonra o, daimi qayğı ilə əhatə olunması üçün Sosial Xidmətlər Agentliyi tərəfindən qanunvericiliyə uyğun olaraq müvafiq uşaq müəssisəsinə yerləşdiriləcək".


SON XƏBƏRLƏR

14 Mart 2026