• Bakı C

    3.22 m/s

  • USD - 1.7

    EUR - 1.9556

    RUB - 2.1356

Lənkəranda 760 abonent qazsız qaldı

CƏMİYYƏT

15 Mart 2026 | 18:39

Lənkəranda 760 abonent qazsız qaldı

Astara şəhəri, M.Əzizbəyov küçəsində yeni kanalizasiya xətlərinin çəkilişi zamanı orta təzyiqli yeraltı qaz xətti zədələnib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, baş vermiş hadisə ilə əlaqədar təhlükəsizlik məqsədilə M.Əzizbəyov, S.Vurğun və N.Paşa küçələri üzrə ümumilikdə 760 abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb.

“Hazırda yaranmış nasazlığın aradan qaldırılması istiqamətində təmir-bərpa işlərinin aparılması planlaşdırılır. Təmir işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa olunacaq”, - deyə məlumatda qeyd edilib.


SON XƏBƏRLƏR

14 Mart 2026