Ermənistanın Baş naziri Nikol Paşinyanın öz əmək haqqına əlavə pul yazması barədə Ermənistan mediasında xəbərlər yayılıb. Bundan sonra o, yayılan xəbərləri şərh edib.
Bakıvaxtı.az xəbər verir ki, Paşinyan ona ayrılan pul mükafatının şəxsi qərarı olmadığını, başçılıq etdiyi Ermənistan hökumətinin qərarı çərçivəsində həyata keçirildiyini deyib.
Paşinyan qeyd edib ki, aylıq pul mükafatı təxminən 1,5 milyon dram (6600 manat) təşkil edir.
O, bunun fərdi qərar deyil, dövlət səviyyəsində fəaliyyət göstərən bir mexanizm olduğunu vurğulayıb.
Bakı 




