• Bakı C

    5.55 m/s

  • USD - 1.7

    EUR - 1.9795

    RUB - 2.1559

Milli Qəhrəman Şahin Tağıyev Hərbi Memorial Məzarlıqda dəfn olunacaq

CƏMİYYƏT

15 Yanvar 2026 | 09:35

Milli Qəhrəman Şahin Tağıyev Hərbi Memorial Məzarlıqda dəfn olunacaq

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyevla vida və dəfn mərasimi sabah saat 11:00-də keçiriləcək.

Bu barədə Bakıvaxtı.az-a mərhumun ailə üzvləri məlumat verib.

O, Hərbi Memorial Məzarlıqda dəfn olunacaq.

Qeyd edək ki, onun cənazəsi bu gün axşam Bakıya gətiriləcək.

Xatırladaq ki, əslən Şuşadan olan Şahin Tağıyev 1949-cu il fevralın 3-də Tərtər şəhərində doğulub. O, 2001-ci ildə Azərbaycanı tərk edərək Avropaya köçüb. Şahin Tağıyev İsveçdə qocalar evində uzun sürən xəstəlikdən sonra vəfat edib.


SON XƏBƏRLƏR

14 Yanvar 2026