Sumqayıtda dələduzluq faktı qeydə alınıb.
Bakıvaxtı.az xəbər verir ki, bir nəfər “işə düzəltmək” adı ilə vətəndaşı aldadaraq 11 min 500 manat pulunu ələ keçirməkdə şübhəli bilinir.
Zərərçəkmişin polisə müraciəti əsasında Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən 68 yaşlı C.Əhmədov saxlanılıb.
Fakt üzrə araşdırma aparılır.
Bakı 




